Arxiv
20 İyun 2021, 11:21 | DÜNYA
İranda prezident seçkisinin yekun nəticəsi açıqlandı

“İndiyədək 28 milyon 933 min 4 nəfər səsvermədə iştirak edib”.

 

Modern.az-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.

 

Ə.R.Fəzli qeyd edib ki, son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb.

 

Onun rəqibləri Möhsin Rezayi 3 milyon 412 min 712, Əbdülnasir Himməti 2 milyon 427min 201, Qazizadə Haşemi 999 min 718 səs toplayıb.

 

O qeyd edib ki, bülletenlərdən 3 milyon 726 min 870-i etibarsız hesab olunub.

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv