Arxiv
20 İyun 2021, 12:34 | ƏDƏBİYYAT
Anan səni ər doğubdu, Ərdoğan!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə

Ululardan dərs almısan, ulusan,

Amalı pak, əməli düz– doğrusan,

Ər kişisən, ər kişinin oğlusan!

Sən tək oğlu doğa bilməz hər doğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

Ulu türkün Haqq işinə dayaqsan,

Gecə-gündüz savaşdasan, oyaqsan,

Bu savaşla sabahlara mayaksan!

Hər addımda Haqq göyərdən, Şər boğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

Oğul ki, var– düşmənlərə çəpərdi,

Sinəsilə qurşunlara sipərdi,

Hər Zəfəri yurda qüvvət-təpərdi!

Sağ ol səni, igid əkən, ər doğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

Zaman gəldi: “Qarabağa gir!”– dedi,

Erməniyə dost olanlar: “dur!”– dedi,

Rəcəb Tayyib “İlham, durma vur!”– dedi.

Qarabağda qürub oldu gündoğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

“Dəmir yumruq” Qarabağa yol açdı,

Qarı düşmən “Aman!”– deyib dil açdı,

Xarıbülbül xilas olub gül açdı!

Şuşamıza qonaq gəldi Ərdoğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

Şuşa bizim yurdumuzun tacıdı,

Türklər bizə doğma qardaş-bacıdı,

Tox millətim yalnız Zəfər acıdı!

Gül üstündə bülbülümüz arı boğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 

Sevincimiz-kədərimiz birdi– bir!

Bir millətə iki dövlət pirdi– pir!

Dostluğumuz möcüzədir, sirdi– sirr!

Türk igidlər fil  aşıran, nər böğan–

Anan səni ər doğubdu, Ərdoğan!

 


Tahir AYDINOĞLU
                            
15 iyun 2021-ci il

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv