Modern.az

Tofiq Türkel 65 yaşında 

Tofiq Türkel 65 yaşında 

Media

20 İyun 2021, 13:03

1989-cu ilin qışı, Azadlıq meydanı. Şəkildə sağdakı Tofiq Türkeldi...

Şəkildəki Tofiq Türkel xeyli gəncdir, azadlıq eşqi ilə alışıb-yanır, rus imperiyasının üzərinə atılmağa hazırlıqlı kimi görünür.

Bu gün Tofiq Türkel yaşlanıb, ağır-azman halı ilə gənc jurnalistlər üçün ağsaqqaldır.

2021-ci ilin iyun ayı... Çağdaş Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri olan Tofiq Türkelin 65 yaşı tamam olub.


Tofiq bəy ötən əsrin 80-ci illərinin sonunda ölkəmizdə vüsət tapan Milli Azadlıq Hərəkatının fəallarından biri olmaqla yanaşı, həm də müstəqil medianın formalaşmasında önəmli xidmətlər göstərib. İlk müstəqil informasiya agentliyi olan Turan İnformasiya Agentliyinin yaradıcı heyətinin aparıcı simalarından biri olub.


T.Türkel hazırda Turan İnformasiya Agentliyinin eksperti və şərhçisi kimi fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi