Modern.az

Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı

Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı

Aktual

20 İyun 2021, 16:51

Bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

“Avtomatik stansiyalardan saat 16:00-a daxil olan  məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksək qeydə alınıb.

 

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

 

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir”, - məlumatda deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır