Modern.az

Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı

Aktual

20 İyun 2021, 21:04

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

 

Modern.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 3 medal yazdırıb.

 

Oğlanların mübarizəsində İslam Rəhimov (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb. Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 gümüş, 3 bürünc medal qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü