Arxiv
20 İyun 2021, 21:48 | AKTUAL
Azərbaycan millisi Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

 

Modern.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olublar. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutublar.

 

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub.

 

Qeyd edək ki, komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv