Modern.az

Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB

Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB

Aktual

20 İyun 2021, 22:46

Ermənistanda Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası 163 səs toplayaraq, parlament seçkilərində elektron səsvermənin nəticələri üzrə liderlik edir.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb. 

 

Robert Köçəryanın "Ermənistan" bloku isə 135 səs toplayıb. Serj Sarkisyanın "Şərəfim var" bloku 14, Ter-Petrosyanın Erməni Milli Konqres partiyası 43 səs yığıb.

Seçkilərdə iştirak edən partiya və bloklar hələ ki aşağıdakı qədər səs toplayıblar:


"Ermənistan" bloku -135,

"Vətəndaş sazişi" partiyası - 163,

"Şərəfim var" bloku - 14,

"Ədalətli Ermənistan" partiyası - 1,

Erməni Milli Konqres partiyası - 43,

Milli Xristian Partiyası "Zartonk" ("Oyanış") - 0,

"Azadlıq" partiyası - 2,

"Erməni Qartalları - Birləşmiş Ermənistan" partiyası - seçkilərə qatılmadı,

"Birləşmiş Vətən" partiyası - 1,

"Ümumerməni Milli Dövlətçiliyi" partiyası - 0,

"Maariflənmiş Ermənistan" partiyası - 14,

"Evimiz - Ermənistan" partiyası - 2,

"Respublika" partiyası - 17,

"Erməni Vətəni" partiyası - 4,

Azad Vətən bloku - 0,

Çiçəklənən Ermənistan partiyası - 3,

Ermənistan Demokratik partiyası - 4,

"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası - 12,

Sosial Demokrat Partiyası "Vətəndaş Qərarı" - 2,

Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku - 3,

"Milli Gündəm" partiyası - 0

"Oyanış" partiyası - 14,

Liberal Partiya - 12,

Ermənistanın Avropa partiyası - 0,

"Milli Demokrat Qütb" partiyası - 6,

Suveren Ermənistan partiyası - 3.

Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır