Modern.az

17 yaşlı qızı məzun gecəsində bıçaqlayan sevdiyi oğlan olub - YENİLƏNİB

17 yaşlı qızı məzun gecəsində bıçaqlayan sevdiyi oğlan olub - YENİLƏNİB

21 İyun 2021, 12:56

Sabirabad rayonunda məzun gecəsi şənliyində bıçaqlanan 17 yaşlı qızla bağlı yeni məlumat yayılıb.


Modern.az xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

***

Sabirabadda məzun olan qız bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

 

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir