Modern.az

Ahıska Türkləri Şuşa Bəyannaməsini alqışladılar

Ahıska Türkləri Şuşa Bəyannaməsini alqışladılar

Diaspor

21 İyun 2021, 10:58

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini alqışladığını bəyan ediblər.

 

Modern.az xəbər verir ki, DATÜB-ün Azərbaycan üzə təmsilçisi Məmməd Şamilovun imzaladığı bəyanatda bildirilib ki, böyük tarixi önəm kəsb edən sənəd iki qardaş ölkə arasındakı münasibətləri strareji cəhətdən ən yüksək nöqtəyə daşıyır. Qeyd edilib ki, Ahıska Türkləri 60 ildən artıqdır əmin-amanlıq, sülh və rifah içində yaşadıqları Azərbaycanı dogma Vətənləri hesab edirlər. Ahıska türklərinin  Birinci və İkinci Qarabağ müharibələrində yaxından iştrak etməsi, Vətən torpaqlarının, o cümlədən Şuşa şəhərinin azad edilməsində igidlik göstərməsi bunun əyani sübutudur. 

 

Nəzərə çatdırılıb ki, Azərbaycanla yanaşı, dünyanın 9 ölkəsində yaşayan Ahıska türkləri Türkiyə ilə Azərbaycanın müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən, Cənubi Qafqaz bölgəsinə sülh və barış gətirilməsini, eləcə də iqtisadi inteqrasiyaya töhfə verəcək nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüsünə təkan verən Şuşa Bəyannaməsini dəstəkləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!