Modern.az

Həftəiçi işləyən avtobuslar həftəsonları necə təhlükə mənbəyinə çevirilir?

Həftəiçi işləyən avtobuslar həftəsonları necə təhlükə mənbəyinə çevirilir?

İqtisadiyyat

21 İyun 2021, 11:57

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda koronavirusla mübarizə çərçivəsində həftəsonları ictimai nəqliyyata tətbiq edilən məhdudiyyət tam effektsizdir. Bunu həm yoluxmanın ən pik həddində, həm də hazırkı minimum həddində də müşahidə edirik. Belə ki, metroda sərnişindaşımanın dayandırıldığı müddətdə vətəndaş həftəiçi Bakının bütün yükünü üzərinə götürən avtobuslarda saatlarla nəfəs-nəfəsə, tıxaclarla mənzil başına çatırdısa, həftəsonları həmin avtobusların fəaliyyəti virusa yoluxmada təhlükə mənbəyi kimi dayandırılırdı. Amma yoluxma sayında hansısa dəyişiklik yox idi. Eləcə də indiki məqamda, necə ki, “Bakı Metrpoliteni” QSC iyun ayı boyunca hər gün işləyir, avtobuslar da işləməlidir. Çünki əksi tam effektsizdir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, qərarda hansısa dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur:

“Yoluxma sayı azalır, vaksinasiya prosesi sürətlə davam edirsə, həftəsonları ictimai nəqliyyata qoyulan qadağa tam olaraq aradan qalxmalıdır. Çünki bu, insanların mobilliyinə birbaşa təsir edir. Həftəsonları ictimai nəqliyyat işləməsə də, insanlar işləyir. Bu o deməkdir ki, həftəsonları ictimai nəqliyyata tələb var. Amma tələbi qarşılayacaq qanuni daşıma yoxdur. Bu da öz növbəsində qanunsuz sərnişindaşımların fəaliyyətinin əhatə dairəsinin genişlənməsinə şərait yaradır.

Tələb var və o tələbin qarşılanması qanuni deyil. Qanuni daşımlar həftəiçi sərnişinləri daşıyırsa, həftəsonu da daşımasında hansısa təhlükənin olduğunu güman etmirəm”.

 

Ekspert həftsonu ictimai nəqliyata tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı çağırış edib:

“Son qərara əsasən, metro iyulun 1-nə qədər hər gün işləyəcək. Metro işləyirsə, eyni qərarı avtobuslara da şamil etmək lazımdır.

Koronavirusla mübarizədə əldə edilən müsbət nəticələrlə biz insanlarımızı, onların sağlamlığını, iqtisadi vəziyyətini düşünürüksə, vətəndaşı bu yükdən azad etməliyik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir