Arxiv
21 İyun 2021, 15:32 | DÜNYA
Koçaryan məğlubiyyətlə razılaşmır - Məhkəməyə müraciət edəcək

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri əsas müxalifət qüvvəsi – “Ermənistan” bloku tərəfindən tanınmayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə blokun üzvü, Syunik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan söyləyib.

 

"“Ermənistan” bloku seçkilərin nəticələrini tanımır və Konstitusiya Məhkəməsinə müraciət edəcək. Nəticələr gözlənilməz oldu. Biz bunda şübhə edirik və Konstitusiya Məhkəməsinə inzibati resurslardan, mobil qruplardan və hərbi qulluqçulardan istifadə olunması ilə bağlı müraciət edəcəyik”- deyə Akopyan deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv