Modern.az

Azərbaycanlı səfir:Qarabağ klanının fatihəsi artıq oxunub”

Azərbaycanlı səfir: “Qarabağ klanının fatihəsi artıq oxunub”

21 İyun 2021, 15:34

“Koçaryan bandası təkcə Qarabağı deyil, Ermənistanı da işğal etmişdi. Paşinyanın xalqın dəstəyi ilə əvvəlcə Sarkisyan, indi isə Koçaryan üzərində qələbəsi ilk növbədə İrəvan ermənilərinin bu işğal faktına etirazı idi. Xüsusilə sonuncuya nifrət o qədər böyükdür ki, hətta Şuşa və Hadrutun "geri qaytarılması" vədi və məsələnin artıq danışıldığına dair işarələr də heç nəyi dəyişmədi”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ermənistanda keçirlmiş növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

Səfirin fikrincə, Paşinyanın hakimiyyətdə qalması heç bir halda Qarabağ məsələsinin gündəmdən çıxarılması demək deyil.

“Onda erməni erməni olmazdı... Mübarizə davam edəcək... Qarabağ klanının fatihəsi isə artıq oxunub”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir