Modern.az

Şəkidə biçilməmiş taxıl sahəsi yanıb

Şəkidə biçilməmiş taxıl sahəsi yanıb

21 İyun 2021, 18:53

Şəkidə biçilməmiş taxıl sahəsi yanıb.


Modern.az-ın məlumatına görə, bu gün rayonun Oraban kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində kənd sakinlərinə məxsus, 4 hektar biçilməmiş, 3 hektar biçilmiş taxıl sahəsi, 0,5 hektar ərazidə quru ot-kol və 3 ədəd qovaq ağacı yanıb. Yanğının genişlənərək ətraf sahələrə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir