Modern.az

Xankəndinin deputatı erməni həmkarının cavabını verdi

Xankəndinin deputatı erməni həmkarının cavabını verdi

21 İyun 2021, 21:21

"Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyannamə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutmaqla 30 ildir davam edən münaqişəyə son qoydu".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xankəndi şəhərindən olan deputatı, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev qurumun iclasında çıxış edərkən deyib.


"Qeyd etməliyəm ki, qonşu ölkənin nümayəndəsindən Azərbaycana qarşı əsassız iddiaları eşitməyə davam etdiyimizə təəssüflənirəm. Aydın görünür ki, erməni həmkarımız beynəlxalq hüququn ən sadə prinsiplərindən belə xəbərsizdir. Xatırladıram ki, həm Azərbaycan, həm də Ermənistan Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olunarkən beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə qəbul olunublar və keçən il baş verən İkinci Qarabağ müharibəsi ilə də Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Haqq və ədalət öz yerini tapdı. Nəhayət ki, regionumuzda sülh və stabillik təmin olunur. 


Bir neçə ay əvvəl öz social media hesablarında regionun ən böyük su anbarı olan Azərbaycanın Mingəçevir su anbarını bombalamağa və yüz minlərlə azərbaycanlını qətl etməyə çağırış edən Naira Zohrabyan bu gün burada Azərbaycanı nələrdəsə ittiham etməsi ikrah hissi doğurur. 
Burada Azərbaycana qarşı yönəldilmiş nifrət nitqi müsbət heçnə vəd etmir. Sülh və stabillik görmək istəyənlər müharibənin artıq geridə qaldığını və münaqişənin həll edildiyini qəbul etməlidirlər. 
AŞPA platforması bizə dialoq imkanı verir. Bunu dəyərləndirmək lazımdır", - Gəncəliyev bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi