Modern.az

Qahirədə qatar avtobusla toqquşdu - ölən və yaralananlar var

Qahirədə qatar avtobusla toqquşdu - ölən və yaralananlar var

Aktual

22 İyun 2021, 00:42

Misirin paytaxtı Qahirə yaxınlığında yük qatarı ilə sərnişin avtobusu toqquşub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində ən azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.

 

Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib.

 

Hadisə ilə bağlı xüsusi komissiya istintaq aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü