Modern.az

Rusiya yığması darmadağın oldu

Rusiya yığması darmadağın oldu

22 İyun 2021, 00:54

Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə eyni saatda start götürən matçlarda Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.

 

Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bekçika seçməsi isə Finlandiyanın qapısından 2 cavabsız qol keçirib.

 

Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb. Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.

 

Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Belçika, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir