Modern.az

Avro-2020-də 1/8 finalın iki cütlüyü bu komandalardı 

Avro-2020-də 1/8 finalın iki cütlüyü bu komandalardı 

Aktual

22 İyun 2021, 09:05

Ötən axşam Avro-2020-də 1/8 finalın iki cütlüyü müəyyənləşib.

Modern.az xəbər verir ki, bu, C və B qrupunda keçirilən sonuncu turun oyunlarından sonra dəqiqləşib.

C qrupunda Ukrayna üzərindəki  1:0 hesablı qələbə sayəsində qrupunda 2-ci yer tutan Avstriya A qrupunu 1-ci pillədə tamamlayan İtaliya ilə qarşılaşacaq. Londondakı "Uembli" stadionunda keçiriləcək sözügedən görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

B qrupunda 2-ci yeri tutan Danimarka isə A qrupunun 2-cisi Uelslə qarşılaşacaq. İyunun 26-da keçiriləcək bu görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bu cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçındakı tərəflərdən biri olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü