Arxiv
22 İyun 2021, 10:01 | DÜNYA
Ermənistan BOŞALIR: 5 ayda 78 min insan ölkəni tərk edib

Ermənistandan kütləvi mühacirət geniş vüsət alıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanvar-may aylarında ölkəni 78 002 nəfər hava yolu ilə həmişəlik tərk edib.

 

Onlardan 62 min nəfər Yerevanın “Zvartnots”, 16 min nəfəri isə Gümrünün “Şirak” aeroportundan ölkəni tərk ediblər.

“Rusiyaya gedən miqrantarın əksəriyyəti bilet ucuzluğuna görə quru yoluna üstünlük verir. Koronavirusa görə, Rusiyanın bağlı saxladığı sərhədlər açılarsa, ölkədən bir neçə dəfə çox insan gedəcək. Deyilənlərə əsasən, Rusiya iyulun 1-dən quru sərhədlərini Ermənistan vətəndaşlarının üzünə açacaq”- deyə “Joxovurd” qəzeti yazır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv