Modern.az

İcra başçısı Şəhid anasının vəfatı ilə bağlı ailəsini ziyarət etdi

İcra başçısı Şəhid anasının vəfatı ilə bağlı ailəsini ziyarət etdi

Aktual

22 İyun 2021, 11:33

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Şəhid anasının vəfatı ilə bağlı ailəsini ziyarət etdi.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun ictimai fəalları ilə birgə, 1-ci Qarabağ müharibəsi Şəhidi Ömərov Arzuman Katib oğlunun anası Ömərova Asya Hacı qızının vəfatı ilə bağlı ailəsini ziyarət edib, Şəhid anasının ruhuna dualar oxunub.

 

İcra Başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən Şəhid ailəsinin sosial qayğılarının həlli ilə bağlı müəyyən köməkliklər göstərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü