Modern.az

Qəbul etdiyimiz qərarların millətin xeyrinə olması sonra bilinəcək

Qəbul etdiyimiz qərarların millətin xeyrinə olması sonra bilinəcək

22 İyun 2021, 12:06

Deputat Sabir Rüstəmxanlı əlilliklə bağlı parlamentin bugünkü növbədənkənar iclasında çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat bildirib:

 

"Görünür, əlilliklə bağlı müəyyən dəyişikliklər var. Biz də qanun layihəsinə səs veririk. Sadəcə, müəyyən müddətdən sonra biləcəyik ki, qəbul etdiyimiz qərarlar millətin xeyrinədir yoxsa yox"

 

Sabir Rüstəmxanlı vətəndaşların elektron formadan istifadə edə bilmədiklərindən də danışıb:

 

"Əlillik dərəcələrinin müəyyən edilməsi elektron formada göndərilir. Təəssüf ki, Bakıda, əsasən də rayonlarda bunu edə biləcək adamlar yoxdur. Bir sənədin doldurulması üçün növbələr dayanır. Sənədlər də çox zaman doğru doldurulmur. Bu da süründürməçiliyə gətirib çıxarır. Hesab edirəm ki, o işi bilən adamlar hazırlanmalıdır. Yenə də bəzi adamlar kənarda qalacaq. Tələbkarlıq artırılsa daha yaxşı olar".

 

Deputat şəxsin əlilliyin qiymətləndirilməsinin düzgün təqdim olunmadığını da qeyd edib:

 

"Şəxsin əlilliyinin qiymətləndirilməsi... Bunu sağlamlıq haqqında deyilər. Əlilliyi necə qiymətləndirmək olar?! Bunu düzgün yazmaq lazımdır"

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub