Modern.az

Gömrükçülər qanunsuz dərman və siqaret dövriyyəsinin qarşısını aldı

Gömrükçülər qanunsuz dərman və siqaret dövriyyəsinin qarşısını aldı

Aktual

22 İyun 2021, 12:28

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes -Benz" və "İveco" markalı nəqliyyat vasitələri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

 

Məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

 

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3 229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2 600 ədəd siqaret aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir