Modern.az

Paşinyanın qələbəsi Zəngəzur dəhlizinin açılışını sürətləndirə bilər?

Paşinyanın qələbəsi Zəngəzur dəhlizinin açılışını sürətləndirə bilər?

22 İyun 2021, 12:47

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanat imzalanmış və bu bəyanata əsasən 44 günlük hərbi əməliyyatlar sona çatmışdı. Bəyanat imzalandıqdan sonra Ermənistanda narazılıqlar baş qaldırmışdı.

 

Müharibədə kapitulasiya etdiyi üçün Ermənistan erkən seçkilərə getməyə məcbur oldu. Amma artıq Ermənistanda seçkilərin nəticələri məlumdur. Nikol Paşinyan iqtidarı seçkilərdə qalib gələrək daha 5 il ölkəni idarə etmək üçün etimad mandatı qazandı.

Bu fonda bəzi istiqamətlər üzrə 10 noyabr üçtərəfli bəyanatının icrası uğurla həyata keçirilirsə də, bəzi məsələlərdə hələ də ləngimələr var.

Seçkilərin yekunlaşmasından sonra üçtərəfli bəyanatın şərtlərinin icrası, o cümlədən Zəngəzur dəhlizinin açılması sürətlənə bilər?

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Modern.az -a danışıb. Onun sözlərinə görə, seçkilər artıq bitib və bu prosesin ləngiməsi üçün böyük bir problem yoxdur:

“Əslində Paşinyan israrlı idi ki, belə bir dəhliz açılsın. Amma mütləq şəkildə təzyiq etmirdi ki, bəlkə də mənfi şəkildə seçkilərə təsir edəcək. İndi həmin mərhələ demək olar ki, arxada qalıb. Bu məsələdə hesab etmək olar ki, təzyiq artacaq. Burda təkcə Azərbaycanın yox, digər oyunçuların da fəal işləməsi lazımdır. Amma müxalifət Qarabağ planını davam etdirmək niyyətindədir. Həm Ermənistan müxalifəti siyasi səhnədə, həm də bu və digər şəkildə fəaliyyətini Xankəndinə keçirmək planında olacaq. Onlar artıq baş düşürlər ki, Ermənistan əhalisi onları dəstəkləmir. Bu baxımdan çıxdığı bölgəyə baza kimi baxacaqlar. Hadisələrin Xankəndiyə köçməsi istisna olunmur”.

 

Aysel Məhərrrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi