Modern.az

Deputat işıq sayğaclarından NARAZILIQ ETDİ - Ölkəyə “ağıllı sayğac”lar gətiriləcək

Deputat işıq sayğaclarından NARAZILIQ ETDİ - Ölkəyə “ağıllı sayğac”lar gətiriləcək

22 İyun 2021, 12:55

“Energetika sistemində ən çox problem sayğaclarla bağlıdır”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov danışıb.
Deputat “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova sual ünvanlayıb:

“Qanunda “ağıllı sayğac” anlayışı qeyd edilib. Mən qanuna baxanda görürəm ki, indiki sayğaclarla eyni funksiyanı yerinə yetirir. Sayğaclar dəyişdiriləcək? Bu hansı anlama gəlir?”.

Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deputat Vahid Əhmədovun sualına cavabında qeyd edib ““ağıllı sayğac”lar Avropa standartlarına uyğun sayğaclar olacaq”.

“Avropa standartlarına uyğunluq o deməkdir ki, balansa tək kartlarla deyil, internet üzərindən də yükləmə mümkün olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər