Modern.az

Azərbaycanda yeni fond yaradılır

Azərbaycanda yeni fond yaradılır

22 İyun 2021, 13:00

Azərbaycanda Enerji effektivliyi fondu yaradılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.

 

Qanunda qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

 

Fond enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi