Modern.az

Vətən müharibəsinin 700-dək qazisinə əlillik təyin olunub

Vətən müharibəsinin 700-dək qazisinə əlillik təyin olunub

Aktual

22 İyun 2021, 13:37

44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib. Qazilərin sənədləri sürətlə rəsmiləşdirilərək e-sistemə daxil edilməklə və hərbi həkim komissiyalarından şəhadətnamələr təqdim edildikdən sonra yekun mərhələ kimi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onların əlilliklərini qiymətləndirir.

Əlillik təyinatı aparıldıqdan sonra bununla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, elektron sistem üzərindən təyin olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü