Modern.az

Erməni hara, demokratiya hara…

Erməni hara, demokratiya hara…

22 İyun 2021, 14:09

Ermənistanda seçkilər başa çatdı. Mərkəzi seçki komissiyası ciddi qanun pozuntularına baxmayaraq, ölkədə seçkinin baş tutduğunu elan etdi. İndi bu yazımla mənim 44 günlük ikinci Qarabağ savaşında Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılmış Paşinyan hökumətinin ciddi saxtakarlıqlar hesabına yenidən Ermənistanda hakimiyyəti ələ keçirməsinin tam təfərrüatı üzərində dayanmaq fikrim yoxdur. Heç Rusiyanın özünə yaxın dost hesab etdiyi Xocalı qatili Robert Köçəryanın seçkidə nəticə əldə edə bilməməsinin səbəblərini  təhlil  etmək marağında da deyiləm.

Sorosun milyonları hesabına at oynadan Nikol kimisinin hökuməti götürməsi əslində uzunqululaq Köçəryanın hakimiyyətə gəlməsindən bizim üçün daha sərfəli və daha münasibdir. Qəddar və qaniçən faşistdənsə, ağılsız və maymaq birisinin düşmən ölkədə baş nazirliyi təkcə Azərbaycan üçün yox, ümumən bütün bölgə üçün daha məqsədəuygundur.  

Amma ilanın ağına da, qarasına da. Erməni ermənidir!!!

Məni bu statusu yazmağa vadar edən səbəb də bu fərqli yanaşmanı içimizdəki bəzilərinn  hələ də tam anlaya bilməməsi ilə əlaqədardır. Lap çılpaqlığı ilə ifadə edərəmsə, aytı-ayrı dar düşüncə sahiblərimizin erməni "demokratizminin" seçkilərdə "qalib"  olmasına  Azərbaycanın bir çox informasiya məkanında  verilən dəyərləndirmədir. Düşmən ölkədə keçirilən seçkilərə münasibətdə Azərbaycana məxsus ayrı-ayrı internet məkanlarında nümayiş etdirilən "həqiqətpəstliyi", bir sözlə, aparılan yanlış və gərəksiz təbliğatı anlamaqda çətinlik çəkirəm. Sosial şəbəkələrin geniş yer verdiyi Nikol demokratizminin Köçəryan üzərində qələbəsi  demək olar ki, bütün  informasiya mənbələrimizin manşetlərini bürümüşdü. İndi də davam edir. Məni üzən, ürəyimi parça-parça edən də budur. Məni doğrudan bu üslubi seçim ağrıtdı. Hətta özünü siyasətin bilicisi, demokratiyanın carçısı hesab edən bəzi soydaşlarımızın  Paşinyanın demokratik yolla ikinci dəfə hakimiyyətə gəlməsini təqdir etmələri adamı dəhşətə gətirir. Anlaya bilmirəm ki, axı biz niyə beləyik!!!

 
Eldar Sabiroğlu,
sabiq millət vəkili, ehtiyatda olan polkovnik

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?