Modern.az

Prezident təqaüdü alacaq yazıçı və şairlər məlum olub

Prezident təqaüdü alacaq yazıçı və şairlər məlum olub

Ədəbi̇yyat

22 İyun 2021, 15:24

2020-2021-ci illərdə Prezident təqaüdü alacaq yazıçı və şairlər məlum olub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid təqaüd alan yazıçı və şairlərdən bəzilərinin adlarını Modern.az-la bölüşüb.

AYB katibi  Emin Piri, Emin Akif, Elroman Əlizadə, Səddam Laçın, İqbal Nəhmət, Oğuz Ayvaz kimi yazıçı və şairlərin adlarını çəkib.

Rəşad Məcid təqaüddə təkrar iştirak edənlərin olduğunu da qeyd edib:

“Bir neçə dəfə təqaüddə iştirak edənlərə təkrar şans verildi. Yenidən təqaüd alanlardan Emin Piri və Alparslan Oğuzun adını çəkmək olar. Say olaraq təqaüd alanlar 70 nəfərdir. Bu siyahıya Naxçıvandan və digər rayonlardan da yazıçı və şairlər daxildir”.

Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır