Modern.az

Türkiyənin istehsal etdiyi vaksinin adı açıqlandı

Türkiyənin istehsal etdiyi vaksinin adı açıqlandı

22 İyun 2021, 17:26

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

İyunun 22-də könüllülərə yerli vaksinin üçüncü fazasının ilk dozası vurulub.

 

R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatılıb.

 

“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - prezident vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub