Modern.az

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir

22 İyun 2021, 17:55

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir.

 

Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıdı. Azərbaycan həm də qısa müddətdə koronavirusa qarşı vaksin alan və əhali arasında kütləvi peyvnədləməyə start verən ölkələrdəndir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürü idi.

 

Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirik ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən həyatlarını itirib. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

 

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur və uğurla həyata keçirilməkdədir.

 

Ülvi Heydərov

Şuşa Rayon İcra Hakimiyyəti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir