Modern.az

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşdı

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşdı

Aktual

22 İyun 2021, 17:56

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

 

Hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

 

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?