Modern.az

Misirdə bir gündə ikinci qatar qəzası baş verib

Misirdə bir gündə ikinci qatar qəzası baş verib

22 İyun 2021, 18:51

İyunun 22-də səhər saatlarında Qahirənin cənubundakı Həlvan qəsəbəsi yaxınlığında dörd nəfərin həlak olması ilə nəticələnən dəmir yolu qəzasından sonra İsgəndəriyyə şəhərində də iki qatarın toqquşması nəticəsində 40 sərnişinin yaralandığı bildirilir.

 

Modern.az-a xəbər verir ki, İsgəndəriyyə şəhərinin valisi Məhəmməd Əl-Şərif bəzi mətbuat orqanlarında qəza nəticəsində ölənlərin olması barədə xəbərləri təkzib edib. Onun sözlərinə görə, yaralılar xəstəxanalara çatdırılıblar. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

 

Bu ilin əvvəlindən Misirdə çoxlu sayda insanın həlak olduğu və yaralandığı dəmir yolu qəzaları baş verir. Bu ciddi problem Prezident Əbdülfəttah əl-Sisinin yanında keçirilən müşavirədə də ətraflı müzakirə edilib. Hökumət yeni qatarların alınması və dəmir yolu sisteminin tam avtomatlaşdırılması istiqamətində tədbirlər həyata keçirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir