Modern.az

Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO

Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO

Aktual

22 İyun 2021, 21:33

“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını “İnter”də davam etdirəcəyi təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə A Seriyasının son çempionu olan klub tərəfindən rəsmi məlumat yayılıb.

 

27 yaşlı türkiyəli oyunçunun “Milan”la müqaviləsi bu ayın sonunda başa çatır. O, azad agent kimi son İtaliya çempionunun heyətinə qatılacaq.

 

Çalhanoğlu ilə yeni klubu arasında üç illik müqavilə bağlanıb. Futbolçunun məvacibi isə ildə 5 milyon avro, üstəgəl 1 milyon avro bonus təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi