Modern.az

ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ

ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ

Dünya

23 İyun 2021, 10:27

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştamının delta variantının COVID-19-un fərqli ştamları arasında ən ölümcül olduğunu elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştamının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.

 

Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştamının hər iki varinatını neytrallaşdırdığı müəyyən edilib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştamlarının neytrallaşdırılması ilə oxşar olub.

Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti bildirib ki, Pfizer və AstraZeneca vakisnlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.

 

Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır