Modern.az

“Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər OD PÜSKÜRDÜLƏR

“Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər OD PÜSKÜRDÜLƏR

Dünya

23 İyun 2021, 13:06

Rusiyanın ekspert dairələri Nikol Paşinyanın parlament seçkilərində qazandığı qələbəni həzm edə bilmir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dövlət Dumasının məsləhətçisi, politoloq Dmitri Kulikov seçkilərin nəticəsini erməni xalqının dövlətçilik anlayışının yoxluğu ilə əlaqələndirib.

“Nikol Paşinyan Ermənistan dövlət kimi formalaşmadığı üçün qalib gəldi. Ermənistan Sovet İttifaqı vaxtı dövlət oldu. Buna qədər min illər boyu onların dövləti olmayıb. SSRİ-dən müstəqillik əldə edəndən sonra insanlar müstəqil, suveren dövlətdə necə yaşamalı olduqlarını bilmirdilər. Təəssüf ki artıq gecdir”- deyə ekspert söyləyib.

 

Politloq Maksim Yusin isə ermənilərin alçalmaqdan həzz aldığını düşünür:


“Bu gülməli və mazoxistcəsinə səslənsə də, ermənilər alçalmağı və uduzmağı bağışlayırlar. Alçalmağın, güzəştlərin, kompromislərin sonu gəlməyəcək. Hər şey yeni başlayır”.

 

“Bu səsvermədə təccüblü heç nə yoxdur. Bizim ölkədə Ermənistan və erməni xalqından gözləntilərimiz həmişə yüksək olub. Amma reallıq əksinə oldu. Heç Afrikada belə şey yoxdur. Baş verənlər məntiqlidir"-deyə analitik, siyasət elmləri üzrə doktor Aleksey Martınov söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər