Modern.az

Mədət Quliyev Minskə gedib

Mədət Quliyev Minskə gedib

23 İyun 2021, 14:30

İyunun 23-26-da Belarusun Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək.

 

Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilən ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

 

Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?