Modern.az

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Vaşinqtondan qayıdıblar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Vaşinqtondan qayıdıblar

10 Fevral 2010, 15:20

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın paytaxtı Vaşinqtonda Ordu Mühəndis Korpusunun təşkilatçılığı ilə keçirilmiş "Fövqəladə hallar üzrə milli tədbirlər planı" adlı işçi seminarda iştirak edib. Modern.az xəbər verir ki, tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər və Müdafiə nazirliklərinin nümayəndələri də iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd fövqəladə hallar sahəsində ABŞ təcrübəsinin, habelə böhranların idarə olunması, təbii fəlakət və texnogen xarakterli qəzaların aradan qaldırılması istiqamətində ABŞ-ın müvafiq dövlət qurumlarının fəaliyyəti barədə iştirakçıların məlumatlandırılması olub. Tədbir iştirakçıları, həmçinin, ABŞ-ın milli tədbirlər planı, bu sahə üzrə müvafiq sənəd və konsepsiyaların hazırlanması işi ilə tanış olublar.

Tədbirin keçirildiyi müddətdə iştirakçılar Vaşinqton şəhərinin "Çaynataun" yanğınsöndürmə məntəqəsində, Ordu Mühəndis Korpusunun əməliyyat zalında və Virciniya ştatının Fairfaks şəhərinin İctimai asayişin təhlükəsizliyi və nəqliyyata nəzarət üzrə əməliyyat mərkəzində olublar.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?