Modern.az

Vətən Müharibəsinin qaziləri tibbi müayinədən keçdilər

Vətən Müharibəsinin qaziləri tibbi müayinədən keçdilər

23 İyun 2021, 16:00

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə 100 nəfər Vətən Müharibəsi qazisi və onların övladlarının tibbi aksiyası həyata keçirilib.

 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal Modern.az-a açıqlamasında bildirib ki, 23, 24, 25 iyun tarixlərində davam edən tibbi aksiya zamanı qazilərimiz və onların övladları üçün bütün tibbi müayinələr, həkim qəbulu, labaratoriya analizləri və digər tibbi  xidmətlər pulsuz təşkil edilib.

 

“İctimai birlik tərəfindən  Şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək”.

 

Birliyin İcraçı direktoru onu da qeyd edib ki, bu cür tədbiri təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın  Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə sağlamlığını itirmiş  insanlara tibbi cəhətdən kömək etməkdirr.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir