“Tibb işçilərinin işə qəbulu ilə bağlı müəyyən müzakirələr aparılır. Müzakirə nəticələrinə görə tezliklə bəzi qərarlar qəbul olunacaq."
Modern.az-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.
A.Əhmədova qeyd edib ki, hələlik tibb işçilərinin bir müəssisədən digərinə köçürülməsi həyata keçirilmir:
“Amma bu məsələ ilə bağlı tezliklə qərarlar olacaq. Həmin qərarlar ictimaiyyətə açıqlanacaq”.