Modern.az

İcbari Tibbi Sığorta 13 özəl klinika ilə razılığa gəldi

İcbari Tibbi Sığorta 13 özəl klinika ilə razılığa gəldi

23 İyun 2021, 16:12

“Hazırda Agentliyin 13 özəl tibb müsəssisəsi ilə müqaviləsi var. Bu tibb müəsssilərinin siyahısı daim yenilənir. Bugünlərdə Agentlik iki yeni tibb müəssisəsi ilə də müqavilə bağlamalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

 

A.Əhmədovanın sözlərinə görə, ehtiyaclara uyğun olaraq bu tibb müəssisələrinin sayı artırılır:

 

“Müqavilələrin əsas səbəbi odur ki, Xidmətlər Zərfində olan bəzi tibbi xidmətlərin dövlət xəstəxanalarında hər hansı səbəbdən göstərilməsi mümkün deyil. Yəni, dövlət tibb müəssisələrində göstərilməyən tibbi xidmətlərin göstərilməsi üçün özəl klinikalara göndəriş verilir. Özəl tibb müəssisələrinə, eyni zamanda təsssərrüfat hesablı tibb müəssisələrinə yalnız TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən alınan göndərişlə müraciət etdikdə tibbi xidmətlərdən pulsuz istifadə etmək olar. Vətəndaş öz arzusu, istəyi ilə özəl tibb müəssisəsinə müraciət edibsə, tibbi xidmətlərin dəyərini ödəməlidir”.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı