Modern.az

Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR

Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR

23 İyun 2021, 17:48

Bugün Ermənistanın Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.

 

Modern.az xəbər verir ki, ofisdə Şirak bölgəsində yaşayan ermənilər üçün 110 dövlət xidməti – o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsi, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətləri bir məkanda birləşir.

 

Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanılıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmələri üçün bir qurumdan digərinə getmələrinin, vaxt itirmələrinin qarşısını almaqdır. 

 

Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir