Modern.az

Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR

Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR

Media

24 İyun 2021, 15:50

Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən hərbçilərin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

 

Modern.az xəbər verir ki, təltif olunanlar arasında media nümayəndələri və tanınmış simalar da var. Onların bəzilərini təqdim edirik:

İctimai Televiziyanın əməkdaşı İlham Tumas “Füzulinin azad olunmasına görə”, “Təbib” qəzetinin baş redaktoru  Məğrur Əliyev “Şuşanın azad edilməsinə görə”, “İki Sahil qəzetinin baş redaktor müavini Anar Miriyev isə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüblər.

 

“Baku TV”nin əməkdaşı  Yelmar Məmmədli Füzulinin və Xocavəndin azad olunmasına görə medalı alıb.

“Şuşanın azad olunmasına görə” medalına layiq görülən media nümayəndələrindən biri də jurnalist Araz Ağayev oldu.

 

Tək media nümayəndələri deyil, digər sahələrin tanınmışları da Vətən Müharibəsində şücaətinə görə təltif ediliblər. Onlardan -  "İlin gənc müəllimi-2021" müsabiqəsinin qalibi Elvin Səlimov "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalına layiq görülüb.

 

Jurnalist, gənc şair Emin Piri "Xocavəndin azad edilməsinə görə" medalına layiq görülənlər sırasındadır.  

Bu gün təltif olunanlar arasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da var. Döyüşlərə könüllü qatılan F.Nəcəfov Prezident tərəfindən "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!