Modern.az

Azərbaycanda ilk duz zavodu bu ilin iyununadək açılacaq

Azərbaycanda ilk duz zavodu bu ilin iyununadək açılacaq

10 Fevral 2010, 15:58

Dünyanın bir sıra regionlarında olduğu kimi, Azərbaycanda da insanların yod çatışmazlığı problemi mövcuddur. Əhalinin istehlakında və insan orqanizminin yoda olan tələbatının təmin edilməsində duz vacib qida məhsullarındandır.
Vətəndaşların yodlaşdırılmış, keyfiyyətli duz ilə təminatını yaxşılaşdırmaq məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzu zavodu inşa olunur.
Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi məqsədilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC yaradılıb. Səhmdar Cəmiyyətdə Azərbaycan İnvestisiya Şirkəti 25% (təqribən 1,9 mln. manat), “Azərsun Holdinq” MMC isə 75%-lik (təqribən 5,6 mln. manat) paya malikdir.
İldə 60 min tona yaxın duz istehsal edə biləcək zavodun tikintisi layihəsinin dəyəri 12 milyon manatdır. Zavodun 2010-cu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Qida duzu zavodunun tikintisi Azərbaycanda yodlaşdırılmış duza olan tələbatın ödənilməsinə imkan yaradacaq. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir