Modern.az

“Mediasiya haqqında” qanun layihəsi iyulun 1-dən qüvvəyə minəcək

“Mediasiya haqqında” qanun layihəsi iyulun 1-dən qüvvəyə minəcək

Aktual

25 İyun 2021, 13:24

Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında “Mediasiya haqqında” qanun haqqında danışıb.

 

Modern.az xəbər verir ki, deputat qanunun 2019-cu ildə qəbul edildiyini xatırladıb.

 

Ə. Hüseynli deyib ki, faktiki olaraq bu qanun bu il iyulun 1-dən qüvvəyə minəcək:

 

“Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var. Mediatorlar üçün 25 yaş, 3 il iş stajı tələbi qoyuldu, hüquq təhsili şərt kimi irəli sürülmədi. Ancaq buna baxmayaraq, sertifikat alanların yarıdan çoxu hüquqşünasdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu