Arxiv
25 İyun 2021, 18:06 | ƏDƏBİYYAT
“Lena və Cəlil” kitabı işıq üzü gördü

Tanınmış yazıçı və ssenarist Cəlaləddin Qasımovun yeni kitabı işıq üzü görüb. Müəllif kitab haqqında fikirlərini Modern.az-a bildirərkən qeyd edib ki, “LENA VƏ CƏLİL” adlı yeni kitabını dayısı, professor Samir Tağızadənin əziz xatirəsinə ithaf edib.

“Moskvada və Bakıda təhsil alarkən Samir Tağızadə mənə arxa, dayaq olub.
  
“Lena və Cəlil” kitabında “Moskva xatirələri” povestindən müəyyən hissələr və ayrı-ayrı vaxtlarda yazdığım nəsr əsərləri toplanmışdır. Pyeslərimdən bir neçəsinə bədii və sənədli film çəkilmişdir. Məhz həmin filmlər Azərbaycanın Beynəlxalq Festivallarda ən çox uğur qazanan filmləri olub. Dünya mediasında, o cümlədən Avropada, ABŞ-da filmlər barədə yazılar gedib. Hətta son ödül ABŞ konqresmeni Jimmy Gomezin imzası ilə verilib”.

Cəlaləddin Qasımovun çəkdiyi filmlər “iPitch.Tv”, “Filmhub” vasitəsilə 17 plat­formada, o cümlədən, “Vimeo”, “Amazon-ABŞ”, “Amazon-İngiltərə”, “UDU Digital”da yerləşdirilib.
    
“Bu kitabda yazılanlar bir həyat təcrübəsi, bir həyat məktəbidir” deyən C.Qasımov bildirib ki, polis sistemində 18 illik əməliyyat təcrübəsindən istifadə edib, həyatda gördüyü, qarşılaşdığı, öyrəndiyi hadisələr barədə qeydlər aparıb.
Müəllif sonda onu da bildirib ki, bu, onun son kitabı deyil. Yaradıcılıq işlərini davam etdirən Cəlalədin Qasımov yaxın vaxtlarda film həvəskarlarını sevindirəcəyini də deyib.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyini üzvü Əfqan Nəsirlidir.

 Bu kitab müəllifin oxucularla yeddinci görüşüdür.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv