Modern.az

İsrail növbəti Yaxın Şərq müharibəsinə hazırlaşır?

İsrail növbəti Yaxın Şərq müharibəsinə hazırlaşır?

10 Fevral 2010, 16:03

“Son günlər Təl-Əviv bölgədə yeni müharibə təhlükəsi yaratmaqda davam edir. Hər gün ölkəmizin hava sahəsi İsrail hərbi təyyarələri tərəfindən pozulur”.

 

Modern.az-ın verdiyi xəbərə görə, bu barədə BBC-yə açıqlamasında Livanın baş naziri Saa Hariri açıqlama verib. Ortada təhlükəli proseslərin cərəyan etdiyini deyən baş nazirin sözlərinə görə, İsrail Livanı parçalamaq üçün yeni müharibə planı hazırlamış kimi görünür.

 

Lakin heç bir təhdidə baxmayaraq, Livanın bölünməyəcəyini qeyd edən Hariri bəyan edib ki, İsrail müharibəyə başlayarsa, Livan hökuməti Hizbullahın yanında yer alacaq. “Bölünməyəcək, xalqımızın yanında olacaq və İsrailə qarşı birgə mübarizə aparacağıq”, - deyən hökumət rəhbəri anoloji təhdidin Suriyanı da gözlədiyini bəyan edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir