Modern.az

Fuad Muradov İstanbulda müalicə alan qazilərimizə baş çəkib - FOTO

Fuad Muradov İstanbulda müalicə alan qazilərimizə baş çəkib - FOTO

26 İyun 2021, 12:06

Diasporla İş üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə  dünya azərbaycanlıları İstanbulda müalicə alan, qürur mənbəyimizə çevrilmiş qazilərimizə baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar. 

 

Modern.az xəbər verir ki, görüş zamanı  mərd  oğullarımızın göstərdiyi şücaət və qəhramanlıqdan  söz açılıb, harada yaşamasında asılı olmayaraq hər bir azərbaycanlının Vətən uğrunda canından keçən şəhidlərimizlə və sağlamlığını itirən qazilərimizilə fəxr etdiyi, qürur duyduğu  vurğulanıb.

 

Komitə sədri şəhid ailələrinə, qazilərə  dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini  və bunun dövlətimiz üçün prioritet məsələ olduğunu xüsusi ilə qeyd edib. Fuad Muradov əlavə edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız və diaspor nümayəndələri may ayı boyunca keçirilən “YAŞAT” marafonunda yaxında işitrak etməklə, şəhid ailələrinin və qazilərimizin yanında olduqlarını nümayiş etdiriblər.

 

Qazilərə  ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyən ziyarətçilər qarşıdan gələn 26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə  onları təbrik edib, Vətən uğrunda  müqəddəs və şərəfli xidmətlərinə görə bir daha hər birinə təşəkkür ediblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər