Modern.az

Prezident sabiq nazirin oğlunu da TƏLTİF ETDİ

Prezident sabiq nazirin oğlunu da TƏLTİF ETDİ

26 İyun 2021, 13:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 min 349 nəfər hərbi qulluqçunu müxtəlif orden və medallarla təltif eib.

 

Modern.az saytı xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının təltif etdiyi əsgərlər arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də var.

 

Belə ki, əsgər Əliyev Yusif Fərhad oğlu həm “Cəbrayılın azad olunmasına görə”, həm də “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Qeyd edək ki, Yusif Əliyev 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub.

 

 A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı