Modern.az

Vergilər Nazirliyindən yeni xidmət

Vergilər Nazirliyindən yeni xidmət

10 Fevral 2010, 16:26

Vergilər Nazirliyi elektron hökumət layihəsi çərçivəsində yeni xidmətlərin təqdimatını keçirib. Bu ildən nazirlik onlayn kargüzarlıq, elektron vergi hesab fakturası və nəzarət-kassa aparatlarının elektron ötürmə qurğularının tətbiqi sistemlərinin həyata keçirilməsinə başlayır.

Modern.az xəbər verir ki, vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirdi ki, onlayn kargüzarlıq sisteminə əsasən ödəyicilər vergi orqanlarına getmədən nazirliyin internet saytından istifadə etməklə müraciət edə biləcəklər. Bu sistem müraciətlərin baxılması və cavablandırılmasına onlayn rejimində nəzarət etməyə imkan verəcək. Sistemin köməyi ilə iş adamları bir-biri ilə yazışmaq imkanı da qazanacaq.

Elektron hesab fakturalarının tətbiqi nəticəsindəsə sahibkarlar bu sənədləri almaq üçün maliyyə idarəsinə getmədən elektron formada təqdim edəcək. Buradaki məlumatlar hələlik sistemə qoşulmuş 20 banka  da ötürüləcək.  Natiq Əmirovun sözlərinə görə, bu sistiem sahibkarlarin ildə 20 milyon manat vəsaitə, üstəlik vaxta qənaət etməsinə gətirib çixaracaq. Qeyd edək ki, sənədlərin kağız formada qəbulu ildə 20 ton kağiz sərfiyyatına başa gəlirdi ki, bu da 2,5 hektar meşə sahəsinin qırılması deməkdir.

Nəhayət, nəzarət kassa aparatlarına elektron ötürmə qurğularının tətbiqi nəticəsində sahibkarların dövriyyəsi barədə dəqiq məlumatlar əldə etmək mümkün olacaq.  Bu sistemə əsasən, kassa aparatlarına mobil rabitə sistemi ilə işləyən ötürmə cihazları quraşdırılacaq. Bununla da vergi əməkdaşlarının ticarət və xidmət obyektlərinə getməsinə ehtiyac qalmayacaq.  

Bu, əməliyyatları operativ izləməyə imkan verəcək. Həmin cihazlarn alınıb quraşdırılması Vergilər Nazirliyinin hesabına həyata keçiriləcək. Nazirlikdə hesab edirlər ki, yeni sistemin tətbiqindən sonra əlavə dəyər vergisi ödəyiciləri artacaq. 

İnternetdə məlumat bazasına yerləşdirilən göstəricilərdən sahibkarlar da yararlana biləcəklər. Belə ki, onlar müxtəlif  yerlərdəki obyektlərində qiymət, mal çeşidi və dövriyyəni asanlıqla izləyə biləcəklər. Vergilər Nazirliyi kassa-aparatlarından istifadənin səmərəliiliyinin artırılması ilə yanaşı pos-terminaların tətbiqinin genişləndirilməsi üçün həvəsləndirici təkliflər də hazirlayır.

 

Bu təkliflərə görə, ƏDV və s. məsələlərdə  sahibkarlara güzəşt olunacaq. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi