Modern.az

Naxçıvandakı toylarda yemək verilməyəcəyi iddiasına rəsmi CAVAB

Naxçıvandakı toylarda yemək verilməyəcəyi iddiasına rəsmi CAVAB

Mədəni̇yyət

28 İyun 2021, 13:20

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə yayılan məlumatla bağlı açıqlama verib.


Modern.az xəbər verir ki, Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyi bu məlumatı əsassız adlandırıb:


“Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun keçiriləcək”, - deyə rəsmi məlumatda qeyd olunub.


Xatırladaq ki, xəbəri yayan internet resursları irəli sürdükləri iddianı Naxçıvan Muxtar Respublikası Ali Məcliainin sədri Vasif Talıbovun adı ilə bağlamış, qadağanın onun tərəfindən qoyulduğunu bildirmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir