Modern.az

Kalininqraddakı Azərbaycan diasporunun rəhbəri vəfat edib

Kalininqraddakı Azərbaycan diasporunun rəhbəri vəfat edib

Diaspor

28 İyun 2021, 13:44

Rusiyanın Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayev  vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Kalininqrad şəhərindəki diaspor üzvləri bildiriblər.

Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. 

1973-cü ildə Kalininqrad vilayətində ali təhsil allb. Kalininqrad Universitetinin İqtisad fakültəsini bitirib, həmin universitetdə prorektor vəzifəsində çalışıb. İctimai fəaliyyətinə 1998-ci ildə yaratdığı “Abşeron” cəmiyyətində başlayıb. Sonra Ümumrusiya Azərbaycan Konqresinin Kalininqrad vilayəti üzrə sədri olub. 

Kalininqrad vilayətində 17 minə yaxın azərbaycanlı yaşayır. Bura azərbaycanlıların üç diaspor təşkilatı fəaliyyət göstərir.

T.Rzayev Rusiya Azərbaycanlılar İttifaqının və Azərbaycan İş Adamları Konfederasiyasının Kalininqrad vilayətindəki nümayəndəsi idi.

Allah rəhmət eləsin…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü